Putinin pilotu onu təhlükədən necə xilas etdiyini AÇIQLADI

17:23 | 05.12.2019
Putinin pilotu onu təhlükədən necə xilas etdiyini AÇIQLADI

Putinin pilotu onu təhlükədən necə xilas etdiyini AÇIQLADI

Pilotu, Rusiya prezidenti Vladimir Putinin təyyarə ilə rəsmi səfərlərindən birinə gedərkən rastlaşdıqları təhlükəli andan danışıb.

Yeniavaz.com xəbər verir ki, Putinin şəxsi pilotu Rusiyanın dövlət televiziyası "Rossiya1"ə müsahibə verib. O, Sankt Peterburq-Bişkek səfərində içərisində Putinin olduğu təyyarəni təhlükədən çətinliklə xilas etdiyini bildirib: "Uçuş vaxtı sıx duman meydana gəldi və hərəkət olduqca çətinləşdi. Hər 10 dəqiqədən bir hava kəskin dəyişirdi. Yerdəki xətlər belə görünmürdü. Həmin gün rast gəlinən kəskin hava dəyişikliyi Qırğızıstanda çox nadir hallarda baş verir. Bizə uçmağımız məsləhət görülmədi. Ancaq biz hazırlıqlı idik, kifayət qədər yanacağımız da vardı. Həmçinin qeyd edim ki, bizim heyət ən güclülərdəndir.
 
Hər kəs öz işini yaxşı şəkildə gördü. Bu səbəbdən mən vəziyyətin o qədər də riskli olduğunu düşünmədim. Biz, professional heyətimizlə birlikdə uçuşu uğurla tamamlaya bildik”.

Qeyd edək ki, Putinin təyyarəsi "Ilyushin Il-96-300PU" adlanır və digər təyyarələrdən olduqca fərqlənir. Həmin təyyarə xüsusi təhlükəsizlik sistemləri ilə təchiz olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb