Putinin qızı boşandı, keçmiş kürəkəni modellə evləndi

23:00 | 06.12.2018
Rusiya prezidenti Vladimir Putinin keçmiş arvadından olan qızı Yekaterina Tixonova boşanıb.

"Ölkə.Az” xəbər verir ki, Yekaterina 36 yaşlı iş adamı Kirill Şamalovla evli idi. Şamalov ABŞ maliyyə nazirliyi tərəfindən "Putinin qızının əri” kimi qeydə alınmışdı və adı sanksiya siyahısına əlavə edilmişdi. Şamalov gənc model bir qızla yenidən ailə qurub.

Putinin qızı bir müddətdir ailəli olduğu iş adamı Şamalovdan boşanıb. Şamalov isə Putinin qızı ilə boşandıqdan sonra dərhal model Janna Volkova ilə evlənib. Şamalovun Yekaterina ilə evli olduğu müddətdə Volkova ilə görüşüb-görüşmədiyi bilinmir.
Şamalov Rusiyanın 75-ci ən varlı adamıdır və 1.4 milyard dollar sərvəti var. Rusiya mətbuatının xəbərinə əsasən, Şamalov 2017-ci ilin fevral ayında Sevgililər Gününü Volkova ilə birlikdə keçirib.


www.anews.az