Rusiya prezidenti Vladimir Putinin nüfuzu yeni rekorda imza ataraq 89,9 faizə çatıb.
APA-nın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İctimai Fikrin öyrənilməsi barədə Ümumrusiya Mərkəzinin yaydığı press-relizdə deyilir.
Qeyd olunur ki, bu rəqəm 2015-ci ilin iyununda qeydə alınmış göstəricidən çoxdur. Ölkə prezidentinin yüksək reytinqinə Rusiya aviasiyasının sentyabrın 30-dan başlayaraq Suriyada terrorçulara qarşı əməliyyatlara başlaması kimi amillər təsir edir.
Rəyi soruşulanların 9 faizi idman hadisələri, 5 faizi Ukraynadakı vəziyyəti, 2 faizi Putinin iqtisadiyyat və mədəniyyət sahələrindəki fəaliyyətini yüksək qiymətləndirdiyini açıqlayıb. Respondentlərin 49 faizi isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, 17-18 oktyabr tarixlərində keçirilən sorğuda 1,6 min respondent iştirak edib. Putinin reytinqi 2014-cü ilin yazından, Krımın Rusiyaya birləşdirilməsindən sonra artmağa başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !