Putinin şokolad heykəlini düzəltdilər

15:18 | 26.11.2015
Putinin şokolad heykəlini düzəltdilər

Putinin şokolad heykəlini düzəltdilər

Rusiyalı qənnadçılar "Şokolad bayramı” festivalında Peterburqda Vladimir Putinin öz boyu hündürlüyündə heykəlini təqdim etməyə hazırlaşırlar.

Oxu.Az xəbər verir ki, bu barədə Bines xəbərlər agentliyi festivalın təşkilatçılarından biri Mixail Lobçenkova istinadən məlumat yayıb.

"Prezidentimizin dünyada populyarlığı elə bir səviyyəyə çatıb ki, onun haqqında "dünyada ən populyar adamlardan biridir” deyə bilərik. Öncədən aksiyanın siyasətdən uzaq olduğu və heç bir ideologiyaya dayanmadığını demək istəyirəm.

Biz sadəcə Vladimir Vladimiroviçin boyu hündürlüyündə heykəlini düzəltmək qərarına gəldik. Biz açıq mənbələrdə baxdıq, prezidentimizin çəkisi 70 kq, boyu isə 170 sm-dir”, - Lobçenkov bildirib.

Onun sözlərinə görə, heykəlin çəkisi artıq 77 kq-dır, hündürlüyü isə 72 sm-dır. O, həmçinin Ginnesin rekordlar kitabına müraciətin hazırlandığını bildirib.

Şokoladdan hazırlanmış "Putin” gülümsəyəcək və baş barmağını göstərəcək”, ola bilər ki, onun ayağının yanında it otursun.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM