Krımda Rusiya prezidenti Vladimir Putinin şəkli olan tualet kağızı qalmaqal yaradıb.ANS PRESS-in məlumatına görə, "V.V." brendini daşıyan tualet kağızı Simferopoldakı bəzi alıcılar tərəfindən etirazla qarşılanıb.Onlar bu hərflərin daha çox "Vladimir Vladimiroviç" adını xatırlatdığını qeyd edir.Rusiya ilin əvvəlində Krımı ilhaq etdiyinə görə beynəlxalq arenada tənqid olunub. Krımda rusiyalı çoxluq Moskvaya çox sadiqdir və alıcılar düşündüklərinə görə, Prezident Putinin adına işarəni qəbul edə bilməyiblər.Sevastopolun “News” qəzeti isə bildirib ki, bir istifadəçi tualet kağızının üzərində Krım yarımadasının xəritəsinin konturunu gördüyünə görə, "hiddətlənib"Amma bu, sadəcə vətənpərvərliyin nəticəsi ola bilər: istehsalçı Simferopol Paper Mill tualet kağızı paketinin üzərində "Krımlı (mallar) al!" sözlərini yazıb.Ukraynada Putinin təsviri olan tualet kağızına tələbat son vaxlar xeyli artıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !