Putinin yeni qanunu azərbaycanlılara lazımdırmı? - RƏY

13:43 | 22.04.2014
Putinin yeni qanunu azərbaycanlılara lazımdırmı? - RƏY

Putinin yeni qanunu azərbaycanlılara lazımdırmı? - RƏY

Rusiya prezidenti Vladimir Putin SSRİ və ya Rusiya imperiyasının ərazisində, yaxud müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaşayan, rus dilini bilən şəxslərə sadələşdirilmiş şəkildə vətəndaşlıq verilməsi qanununu imzalayıb.ANNET.Az-a açıqlama verən Humanitar Tədqiqatlar Cəmiyyətinin direkroru Əvəz Həsənov qeyri-rusların asan yolla Rusiya vətəndaşlığı alması məsələsinin təzə olmadığını qənaətindədir. Qanuna görə, xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər əcnəbinin rus dilini bilib-bilmədiyini təsdiqləyən xüsusi komissiyada sorğu-sual olunacaq. Bunun üçün onlar rus dilində danışmalı və evdə, mədəniyyət sahəsində ondan gündəlik istifadə etməlidirlər.Yuxarıda göstərilən şəxslərdən başqa qohumları (valideynləri, nənə-babası və digər yaxınları) SSRİ və ya Rusiya imperiyasının ərazisində və müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaxud yaşayan adamlar da bu komissiyadan keçə bilərlər.Ə.Həsənov xatırladıb ki, 2006-cı ilin iyunun 22-də Putinin sərəncamı ilə Rusiya Federasiyasından kənarda yaşayan yurddaşlarının geriyə qaytarılmasına yardım məqsədilə dövlət proqramı qəbul olundu: "Həmin proqramın və eləcə də Rusiyanın miqrasiya qanunvericiliyinin şərtlərinə görə “1999-cu ilin may ayına qədər Rusiyanın sərhədlərindən kənarda yaşayan, SSRİ vətəndaşlığı olan və respublikalar müstəqilliyini elan etdikdən sonra onların vətənaşlığını qəbul edən, eləcə də vətənlaşlığı olmayan şəxslərə yurddaş status tanınır. 2012-ci ildə müddətsiz elan olunan bu dövlət proqramı SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının sərhədləri kənarında qalan insanların Rusiyaya köçürülməsi və yerləşdirilməsi məqsədini daşıyırdı". Ə.Həsənovun sözlərinə görə, Rusiyanın Krımı və Sevastopol şəhərini özünə birləşdirməsindən sonra aprelin əvvəlində Rusiya Dövlət Duması vətəndaşlığının alınması prosedurlarının asanlaşdırılması haqqında qanun qəbul edib: "Bununla da rus dilinin daşıyıcıları olan keçmiş SSRİ vətəndaşları və eləcə də qohumları vaxtilə SSRİ-də yaşayan əcnəbilərə vətəndaşlığın verilməsi qaydaları sadələşdirildi. Bu qanun həmin şəxsin malik olduğu vətəndaşlıqdan imtina edib Rusiyaya köçməsini şərt kimi irəli sürür". Ə.Həsənov qeyd edib ki, Rusiyanını indiki vəziyyətində bu qanundan istifadə edənlərin çox olacağı ağlabatan deyildir: "Qanun rus dili biliyinin səviyyəsini yoxladıqdan sonra vətəndaşlığın 3 ay ərzində verilməsini nəzərdə tutur. Belə hüquqdan istifadə etmək istəyində ola biləcək əksəriyyəti yaşlı nəslin nümayəndələri Rusiyada gəlmələrə olan münasibətdən, Moskva şəhərində, hətta Rusiyanın regionlarından olan rusların miqrasiya xidmətləri tərəfindən necə incidilməsindən xəbərdardırlar".             Kamal ƏliANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM