Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı Putin Ərdoğanı seçkinin nəticələrinə görə, Ərdoğanı təbrik edib.
Putinin təbriki Türkiyə müxalifət cəbhəsinin kəskin etirazına səbəb olub. Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Gürsel Tekin, "Putin belə bilir ki, cənab Ərdoğan özünü prezident kimi deyil, AKP sədri kimi görür”, - deyib.
Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Putinin Ərdoğana zəng edərək onu təbrik etməsini qınayıb:
"Tam bir qəflətdir. Biri Türkiyənin prezidentlik sistemi ilə deyil, parlamentli sistemlə idarə olunduğunu xatırlatsın. Bundan başqa təbrik etmək əvəzinə, keçmiş olsun deməyi lazım idi”.
Qeyd edək ki, Ərdoğanla Putin telefon danışığı zamanı Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasimi zamanı görüşmək barəsində də razılığa gəliblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !