Putinlə Ərdoğan Dağlıq Qarabağ məsələsini müzakirə etdi

14:46 | 22.11.2013
Putinlə Ərdoğan Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Putinlə Ərdoğan Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Sankt-Peterburqda Suriya və Dağlıq Qarabağ problemini müzakirə ediblər.  APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında bildirib ki, iki ölkənin birgə atmalı olduğu addımlar var: “Bu mövzular ətrafında apardığımız danışıqlar bizə bu məsələlərin həlli üçün baza, platforma yaratmağa imkan verir. Mən İnanıram ki, Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi, Suriya və İraqdakı vəziyyət baxımından regionda öhdəlikləri var”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM