"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın noyabrın 30-da Parisdə görüşü planlaşdırılmır”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Parisdə hər hansı görüş danışılmayıb və planlaşdırılmır”,- deyə o jurnalistlərə bildirib.
Qeyd edək ki, Türkiyənin sərhədlərinə daxil olan Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra hər iki ölkə arasında münasibətlər gərginləşib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !