Puyol “Barselona”dan gedir

23:13 | 25.02.2014
Puyol “Barselona”dan gedir

Puyol “Barselona”dan gedir

Karles Puyol bu mövsüm başa çatdıqdan sonra kapitanı olduğu “Barselona”nı tərk etmək qərarı verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onun belə bir addım atmasına zədəli olduğu üçün əsas heyətdə daim yer almaması səbəb olub.Dizindəki ağrılardan əziyyət çəkən 36 yaşlı müdafiəçi bu cür vəziyyətdə “Barselona”da çıxış edə bilməyəcəyini başa düşüb. Bu səbəbdən onun yeni mövsümdən xarici klublardan birində çıxış edəcəyi bildirilir.Qeyd edək ki, Puyol peşəkar futbol karyerasına 1996-cı ildə "Barselona"da başlayıb və indiyədək heç bir başqa klubda çıxış etmıyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM