Nobel mükafatı laureatı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, Qabriel Qarsia Markes bu gün təcili olaraq xəstəxanaya aparılıb. 87 yaşlı Qabriel Qarsia Markes dövrünün ən məşhur ispandilli yazıçısıdır. Nobel mukafatçısı son 30 ildir ki, Meksikada yaşayır. Yazıçının Meksikada soyuq dəymə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Qeyd edək ki, Markes 1982-ci ildə Nobel mukafatına layiq görülüb. Markes dunya şöhrətli “100 il tənhalıqda” kitabının muəllifidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !