Qabriel Qarsia Markezin şəxsi arxivi satıldı

12:17 | 26.11.2014
Qabriel Qarsia Markezin şəxsi arxivi satıldı

Qabriel Qarsia Markezin şəxsi arxivi satıldı

Nobel mükafatçısı kolumbiyalı yazıçı Qabriel Qarsia Markezin şəxsi arxivini ABŞ-ın Texas Universiteti satın alıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, arxivə Markezin kitablarından 10-nun orjinal nüsxəsi da daxildir. Bunların arasında yazarın dünyaca məşhur kitabı "100 il tənhalıqda" əsərinin əl yazması da var.Kolumbiya Mədəniyyət naziri Mariana Garces arxivin ABŞ-dakı bir universitetə satılmasının ölkəsi üçün itki olduğunu söyləyib.  Aprel ayında 87 yaşında dünyasını dəyişən yazarın ailəsi hökumətdən heç kimin arxiv üçün onlara müraciət etmədiyini deyib.Arxivdəki dəyərli nümunələr arasında Markez ilə Qraham Qrin, Günter Qrass və Karlos Fuentes kimi yazarlarla apardığı yazışmalara aid məktublar da var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM