Qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib

18:20 | 15.08.2017
Qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib

Qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

anews.az-ın xəbərinə görə, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Mingəçevir şəhər sakininin idarə etdiyi OPEL SİGNUM markalı, 66 BJ 720 dövlət nömrə nişanlı avtomobil Mingəçevir şəhəri Mərkəzi Bazar ərazisində gömrükçülər tərəfindən saxlanılıb və sürücüyə qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük baxışı keçirilməsi üçün nəqliyyat vasitəsinin Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılacağı bildirilib.

Lakin sürücü xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarının tələblərinə məhəl qoymayaraq avtomobilində yoxlama aparılmasına mane olmağa çalışıb.

Gömrük əməkdaşları təkrar qanunvericiliyin müvafiq müddəaları barədə izahat apardıqdan sonra vətəndaşın idarə etdiyi avtomobil özünün iştirakı ilə Yevlax Gömrük İdarəsinə gətirilərək nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 29000 ədəd - "Manchester Nano Black", "Cavallo Pure", "Senator White Line", "Senator Graand Virginia", "GM Grand mark", "Goldengate", "GM Nano edition", "Senator Aroma", "Mac extra Philter", "NZ", "Cavallo Gino Ferrera", "CK Canary" və "Kingdom" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM