Qaçqın düşərgəsindən 63 uşaq yoxa çıxdı

12:12 | 19.09.2015
Qaçqın düşərgəsindən 63 uşaq yoxa çıxdı

Qaçqın düşərgəsindən 63 uşaq yoxa çıxdı

Danimarkada "Gribskov” qaçqın düşərgəsində qalan 18 yaşından kiçik 63 əfqanıstanlı uşaq yoxa çıxıb. 

ANS PRESS-in xəbərinə görə, bu barədə "Beynəlxalq Qırmızı xaç” komitəsinin yerli bürosunun sədri Karoline Madsan məlumat yayıb. Sədr uşaqların nə məqsədlə və hansı şəraitdə yoxa çıxdıqlarını bilmədiklərini deyib. 

"Biz onlar üçün təhlükəsiz mühit, isti yuva, yatmağa yer, təmiz ərzaq veririk, onları həbs etmirik. Bazarertəsi və çərşənbə günləri arasında 63 uşaqdan ibarət qrupuın birdən – birə yoxa çıxması çox təəccüblüdür. Hesab edirəm ki, onların Danimarkadan başqa hədəfləri var. Gələn qaçqn uşaqlarına bu təhlükəsiz mühitdən ayrılmamalarını məsləhət görürük. Amma bəyənmirlərsə biz də heç nə edə bilmərik.” 

Madsen, "Gribskov” düşərgəsinə gündüz gələn qaçqınların polis bölməsinə aparılaraq qeydiyyata götürüldüklərini, gecə gələnlərin isə ertəsi gün qeydiyyat üçün polisə aparıldıqlarını deyib. Qaçqınların əksəriyyətinin qeydiyyatdan keçmək istəmədiyini bildirən sədr, yanlarında yetkin biri olmadan düşərgəyə gələn uşaqlar yoxa çıxdığı zaman məsuliyyət bizə aid deyil – deyib.

Ölkə rəsmiləri isə Almaniyadan keçərək Danimarkaya gələn qaçqınların bəzi cinayətkar qrupların iştahını qabartdığını bildirir. Belə ki, həmin gənclərlə Avropaya gəlmək həvəsinə düşənləri yardım adıyla soyan cinayətkar dəstələr yaradıldığı bildirilir. Polis rəsmiləri hətta yaxın günlərdə ələ keçirilən belə şəxslərdən birinin Rumıniyaya milyonlarla kron pul transfer etdiyinin aşkarlandığını bildirib. 

Danimarkanın ikinci böyük şəhəri hesab olunan Orxusda isə yaşadığı evdə miqrantlara sığınacaq verən bələdiyyə məclisinin üzvü Mariya Slot barəsində cinayət işi qaldırılıb. Bələdiyyə məclisinin başqa partiyadan olan digər üzvü Mark Perera Kristenes həmkarının qeyri-qanuni şəkildə evində qüaçqın saxladığını deyib. Afrikalı 2 qaçqına evində yardım etdiyini etiraf edən Slot polis tərəfindən dindiriləcək. 

2001-ci ildə sentyabrın 11-də dünya ticarət mərkəzinin terror hücumuna məruz qalması ilə ABŞ ordusunun Əfqanıstana və Səddam Hüseyndə nüvə silahı olduğunu bəhanə edərək İraqa girməsindən sonra bu ölkələrdə əsasən mülki əhalinin kütləvi şəkildə ölümünə səbəb olan anarxiya başladı. Bu tarixlərdən sonra Əfqanıstan, Pakistan və İraq əhalisi qeyri-leqal yollarla Avropaya axın etməyə başladı. 

Bir müddət sonra isə ölkələrində vətəndaş müharibəsi başlayan Liviya və Suriya əhalisi də bu axına qoşuldu. İŞİD terror qrupunun yaranması və bölgədə insanlara divan tutmağa başlaması ilə son illərdə Avropaya getmək cəhdi intensivləşib. Bu yolu ən ibtidai üsullarla qət etməyə çalışan insanların əksəriyyəti, əsasən körpə və azyaşlı uşaqlar mənzil başına çatmadan yolda ölürlər. 

Şərqdən olan qaçqınların Aralıq dənizində kütləvi şəkildə ölmələri ötən ilin ən çox müzakirə olunan mövzularından biri olmuşdu. 2 həftə öncə Türkiyə Muğla vilayətinin Bodrum rayonu sahilində Suriyanın Kobani şəhərindən olan 3 yaşlı Aylan Kurdinin cəsədinin tapılması bu problemi bir daha dünyanın gündəminə gətirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM