Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib.
Anews.az "report”a istinadla xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.
Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köçkün ailəsi yerləşdirilir:
"Bəzi hallarda məcburi köçkün ailəsi evi aldıqdan sonra orda yaşamır. Belə faktlar var. Təbii ki, həmin məcburi köçkünlərin məhz hamısının evi olduğuna görə Dövlət Komitəsinin verdiyi mənzillərdə yaşamadıqlarını söyləmək doğru olmazdı.
Bəzi hallarda uşağın təhsili ilə bağlı və yaxud xəstəsi olduğuna görə həmin mənzillərə köçməyib gedib kirayədə yaşayanlar var. Amma məsələ ondadır ki, məcburi köçkünlərə mənzillər verildikdə, onlarla müqavilə bağlanır. Müqavilədə qeyd olunur ki, əgər məcburi köçkün evi alandan sonra 3 ay müddətinə ora köçmədisə, ev ondan geri alınır. Bunun da prosedur qaydası var. Biz belə hal olanda məhkəməyə müraciət edirik və məhkəmə yolu ilə həmin mənzil geri qaytarılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !