Almaniya hökuməti ölkəyə sığınan qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması və başqa sosial sahələrə uyğunlaşmaları üçün bir milyard dollar (1,2 milyard avro) maliyyə vəsaiti ayıracaq.
"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.
Xəbərə görə, bu il Almaniya 400 min məcburi köçkün qəbul edəcək ki, bu da 2014-cü ildəkindən iki dəfə çoxdur.
Məlumatda bildirilib ki, Almaniya Avropa İttifaqına üzv dövlətlər arasında ən çox qaçqın qəbul edən dövlətdir. Rəsmi Berlin birliyin başqa dövlətlərini daha çox qaçqın qəbul etməyə çağırır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !