Noyabrda öldürülən qadınların sayı açıqlanıb

13:16 | 28.11.2023
Noyabrda öldürülən qadınların sayı açıqlanıb

Noyabrda öldürülən qadınların sayı açıqlanıb

2023-cü ilin noyabrında Azərbaycanda altı qadın öldürülüb, ikisi isə bıçaqlanıb. Bu barədə vəkil Zibeydə Sadiqova facebook hesabında paylaşım edib.
 
Oktyabrın 27-də Milli Məclisdə ictimai dinləmə zamanı deputat Zahid Oruc Azərbaycanda gender bərabərliyinin bərpası istiqamətində Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi "Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmağı təklif edib.

2023 -cü ilin yanvar-oktyabrında 405 qadın məişət zorakılığına məruz qalma iddiası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə bu 70 nəfər azdır. 

2022 -ci ildə ölkədə qəsdən adam öldürmə nəticəsində 193 cinayət baş verib. Onlardan 82-si qadınlardır.
 
Çiçək Sadatova

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM