28 yaşlı iranlı karikaturaçı qadın Atena Fergadani çəkdiyi rəsm əsərinə görə həbs olunub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Atena Fergadani iranlı deputatların karikaturasını çəkib. O, deputatların baş hissəsinə heyvan başları qoyub. Kimisini keçiyə, kimisini də meymuna bənzədib.
Karikaturaçı xanım qanunpozuntusuna, deputatların və dini lider Ayətullah Xamaneyini təhqir etdiyi üçün hakim qarşısına çıxarılacaq. Məhkəmənin onun haqqında necə qərart çıxaracağı dünyanın marağına səbəb olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !