Qadın "Viagrası" satışa çıxarıldı

20:34 | 19.08.2015
Qadın

Qadın "Viagrası" satışa çıxarıldı

ABŞ Qida və Dərman İdarəsi "çəhrayı viagra" kimi tanınan və qadın libidosunu gücləndirməyə yardımçı olduğu təsbit edilən dərmanın satışına icazə verdi.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bazara çıxarılacaq həblərin yalnız reseptlə satışına icazə veriləcək. ABŞ Qida və Dərman İdarəsinin rəsmi açıqlamasında bildirilir ki, dərmanların əks təsiri qan təzyiqinin aşağı düşməsi və bayılma ola bilər. Dərmanın spirtli içkilərlə qəbuluna qəti qadağa qoyulub.

Tibbi adı "Fliban-serin" olan dərman cinsi istəyi artırır və menopoza girən qadınların vəziyyətinə müsbət təsir göstərir.

Bu qərarla qadın "viagra"sının bzara çıxarılması qarşısında dayanan son maneə də aradan qalxdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM