Qadın voleybolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

20:00 | 15.05.2023
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından  verilən məlumata görə, yığma türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.

Bununla əlaqədar mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Ataman Güneyligil 2015-2023-cü illərdə Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi olub. 41 yaşlı mütəxəssis ölkəsində U-20 və U-23 yığmalarına da rəhbərlik edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb