Qadının qətlinə görə qonşusu tutuldu - Bərdədə

12:17 | 28.02.2020
Qadının qətlinə görə qonşusu tutuldu - Bərdədə

Qadının qətlinə görə qonşusu tutuldu - Bərdədə

Bərdə rayonu Zümürxan kənd sakini 58 yaşlı Tahirə İbadovanın ölümündə şübhəli bilinən qonşusu 25 yaşlı Cavid Rəcəbli saxlanılıb.

Anews.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, cinayət hadisəsi 27 fevral saat 19:00 radələrində törədilib. Qadın yaşadığı evdə başından küt alətlə vurularaq öldürülüb. Mərhumun bədənində olan xəsarət izləri qətl zamanı kəsici-deşici alətlərdən istifadə olunduğu ehtimalını yaradır.Bəzi yerli kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə əsasən, ölüm hadisəsi ilə əlaqədar qadının həyat yoldaşı və kürəkəni saxlanılıb. Lakin, bu məlumat həqiqəti əks etdirmir. Qadının qətlə yetirilməsində Cavid Rəcəbli şübhəli bilinir.

İlkin məlumata görə, qətlə səbəb tərəflər arasında baş verən qarşıdurmadır. C.Rəcəbli yaşadığı evində saxlanılıb.

İbadovlar ailəsi övlada sahib olmayıb.

Faktla bağlı istintaq rayon prokurorluğu tərəfindən aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM