Qadınların illərdir gözlədiyi qərar verildi

10:57 | 27.09.2017
Qadınların illərdir gözlədiyi qərar verildi

Qadınların illərdir gözlədiyi qərar verildi

Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilab sayıla biləcək qərar verilib. İstiPress-in məlumatına görə, artıq bu ölkənin xanımları da heç bir cəza qorxusu olmadan maşın sürə biləcəklər. Krallıq qadınların da sürücülük vəsiqəsi alaraq sükan arxasına keçməsinə icazə verən qərarı dəstəkləyib. Din adamları ilə hökumət rəsmiləri arasında fikir ayrılığı yaşansa da, qərar gələn ilin iyun ayından qüvvəyə minəcək. Kral Salman bin Əbdüləzizin imzaladığı sərəncamla qadınların önündəki maneələr aradan qaldırılıb. 

Qərarda qadınların maşın sürməsinin bir çox faydaları ola biləcəyi də qeyd edilib, dini məsələlərlə bağlı hər hansı problemin yaranmaması üçün gərəkli tədbirlər görüləcəyi bildirilib.  

İndi ölkənin Daxili, Maliyyə, Əmək və Sosial İnkişaf Nazirlikləri 30 gün ərzində tədbirlər planlarını Nazirlər Kabinetinə təqdim etməlidirlər. Lazımı tədbirlərr görüldükdən sonra zərif cinsin nümayəndələri 2018-ci il 23 iyundan etibarən sürücülük vəsiqəsi ala biləcəklər.

ABŞ prezidenti Donald Tramp da ərəb qadınlar üçün inqilab olan yeniliyi dəstəkləyib. Prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilir ki, bu qərar Səudiyyə Ərəbistanında qadınların hüquqlarının qorunması üçün irəliyə doğru atılan pozitiv addımdır. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı dünyada qadınlara sükan arxasında oturmağa qadağan qoyan yeganə ölkə idi. Buna səbəb isə Alimlər qurumu adlandırılan idarənin din xadimlərinin "qadınların maşın sürməsi haramdır" fətvası idi. 

Ölkədə qadınların dünyadakı həmcinsləri kimi avtomobil idarə etməsinə icazə verən qanunun qəbul edilməsi məqsədi ilə 1990-cı ildən başlayaraq bir çox kampaniya təşkil eidlib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM