Almaniyanın Essen şəhərinin sakini lotereyada udduğu pulu unitaza atıb. Angela Mayer 400 min avro pulu məhv edib.
ANN.Az-ın "Lenta.ru"ya istinadən xəbərinə görə, insidentin nə zaman baş verdiyi məlum deyil. Bir o məlumdur ki, qadın uduşunu 5 butulka şampanla qeyd edib, bu zaman ona ərinin vəfat etdiyi xəstəxanadan hesab çeki gəlib. Bu xəbər qadını cin atına mindirib və o, elə bu zaman lotereya pullarından xilas olmaq qərarına gəlib.
"Metro"nun yazdığına görə, uduşun məhv edilməsi barədə işlə Essen məhkəməsi məşğul olur (aydındır ki, qadın pansionatın pulunu keçirmədiyinə görə, iş gedib məhkəməyəcən çıxıb). Məhkəmədəki dinləmələr zamanı belə bir fikir səsləndirilib ki, qadın pansionatın hesabını ödəmək istəmədiyindən pulları məhv etmiş ola bilər. Ancaq hakim bu fərziyyəni ciddi qəbul etməyib.
Əvvəl-axır Mayer pansionata 4 minə yaxın pulu köçürmək qərarına gəlib. Onun 400 min avro pulu məhv etməkdən peşman olub-olmadığı isə məlum deyil.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !