Qadın abortdan sonra vəfat etdi - Azərbaycanda

12:31 | 14.07.2014
Qadın abortdan sonra vəfat etdi - Azərbaycanda

Qadın abortdan sonra vəfat etdi - Azərbaycanda

Hacıqabulda üç uşaq anası abortdan 12 gün sonra vəfat edib.Mərhumun həyat yoldaşı Elşən Əzizovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, iyulun 2-də Hacıqabul rayon Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü, üç uşaq anası Əsmər Əli qızı Əzizovanın bətnində olan körpə abort vasitəsilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında  götürülüb. Hadisədən iki gün sonra qadının halı pisləşərək yenidən əməliyyat olunub. Əməliyyat olunan qadın bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb. Meyit müayinə olunmaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM