Norveç parlamenti qadınların məcburi əsgərliyə getməsini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarıb.
ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, ölkədə kişilər üçün məcburi sayılan əsgərlik bütün şərtlər saxlanılmaqla qadınlar üçün də tətbiq olunacaq.
İlk dəfə 2013-cü ildə müzakirəyə çıxarılan qanun layihəsinə uzun müzakirələrdən sonra bu həftə Osloda 96 parlament üzvü səs verib. Sadəcə 6 nəfərin əleyhinə səs verdiyi qanun layihəsinin ölkədə qadın-kişi bərabərliyi baxımından önəmli olduğu bildirilib, bunun cinslər arasındakı fərqi orduda da aradan qaldıracağı vurğulanıb.
Baş nazir və müdafiə nazirinin qadın olduğu Norveçdə qanun 2016-cı ildən etibarən tətbiq olunacaq. 19-44 yaş arasındakı sağlamlığı imkan verən bütün qadınlar 19 ay müddətində orduda xidmət edəcəklər.
Avropa xaricində yalnız İsraildə qadınların hərbi xidmət keçməsi məcburidir.
ANN.Az