Qadın lotoreyadan 73 milyon uddu

09:00 | 04.12.2014
Qadın lotoreyadan 73 milyon uddu

Qadın lotoreyadan 73 milyon uddu

Avropanın ən məşhur lotoreyası "EuroMillions” fransalı qadına 73 milyon avro qazandırıb.

ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, cekpot sahibinin adı hələ ki, açıqlanmır.

Sözügedən lotoreya oyunu çərşənbə axşamı baş tutub. Udulan məbləğ Fransa üçün 2014-cü ilin rekordu hesab olunur.

Fransada ən böyük uduş 2012-ci ildə sahibini tapıb. Bu məbləğ 169 milyon avro olub.

"EuroMillions” Avropanın 9 ölkəsində - Fransa, Böyük Britaniya, İspaniya, Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriyada keçirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti