ANN.Az Qaynar.info-ya istinadən xəbər verir ki, əksər müsəlman ölkələrdə olduğu kimi qadınların sosial həyatdan kənarlaşdığı Pakistanda zəif cinsin nümayəndələrinə polisdə çalışmaq icazəsi verilib.
Polisin tərkibində formalaşdırılan 35 qadından ibarət dəstənin hətta anti-terror əməliyyatlarına qatılacağı da deyilir. Pakistanın Əfqanıstanla sərhəddindəki Hayber-Paktunvkva əyalətində yaradılan birlik xüsusi təyinatlıların keçdiyi təlimlərlə hazırlanır.
Polis sıralarına qoşulan bu 35 qadın çox sayda könüllü arasından seçilib. İndi onlar paytaxt İslamabaddan 1,5 saatlıq uzaqda yerləşən Hakimabadda təlim keçir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !