ABŞ-ın İndiana ştatında 4 fərqli bölgədə 7 qadın cəsədi tapılıb. Cinayətləri törədən caninin çoxsaylı qətllər törətdiyi bəlli olub.
ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Daren Vann adlı 43 yaşlı bir nəfərin etiraflarından sonra araşdırma aparan polis 7 qadın cəsədi tapıb.
Polis cəsədlərdən birini Hammond şəhərindəki oteldə, üçünü isə boş bir evdə tapdıqlarını bildirib. Digər cəsədlərin də fərqli evlərdə tapıldığı məlum olub.
Vannın cinayətlərinin səbəbi hələ də məlum deyil. Şəxsiyyəti müəyyən edilən 2 qadının yaşlarının 19 və 35 olduğu bəllidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !