Qadına sataşan deputat həbs oluna bilər - Qalmaqal

12:52 | 23.01.2014
Qadına sataşan deputat həbs oluna bilər - Qalmaqal

Qadına sataşan deputat həbs oluna bilər - Qalmaqal

Bolqarıstan parlamentinin sağçı deputatı Volen Siderov təyyarədə səfər edərkən Fransanın mədəni attaşesini təhqir etdiyindən, parlamentdəki toxunulmazlığından məhrum edilib. 

ANN.Az-ın "euronews.com"a istinadən verdiyi məlumata görə, Siderovun Ataka partiyasının 23 üzvünün hamısı liderlərinə dəstək olmaq üçün parlamentdəki toxunulmazlıqlarından imtina ediblər. 

Şahidlərin verdiyi məlumata görə, Siderov Sofia-Varna səfəri zamanı Fransız attaşeni şifahi şəkildə təhqir edib və sonra da aeroportun avtobusunda sərnişinə və polis zabitinə hücum edib. 

Deputat güman ki, ictimai əsayişi pozmaqda ittiham olunacaq. O, 5 illik həbs cəzası ilə üzləşə bilər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM