Qadınlar merə görə kişilərlə sevişməkdən imtina etdi - ETİRAZ

14:27 | 10.02.2014
Qadınlar merə görə kişilərlə sevişməkdən imtina etdi - ETİRAZ

Qadınlar merə görə kişilərlə sevişməkdən imtina etdi - ETİRAZ

Tokionun yeni merindən narazı olan yapon qadınlar seks tətili elan ediblər. Bununla, onlar Eyti Masudzoeyə səs verən kişilərdən qisas almaq istəyirlər. Sonuncu dəfə səhiyyə, əmək və əhalinin müdafiəsi naziri kimi çalışan mer hələ 1989-cu ildə bəyan etmişdi ki, qadınlara hökumətdə təmsil olunmağa imkan vermək olmaz. 

ANN.Az-ın "Vesti.ru"ya istinadən xəbərinə görə, Masudzoe öz mövqeyini belə izah etmişdi ki, kritik anlarda qadınlar qeyri-adekvat ola bilərlər. Aydındır ki, Masudzoenin kişi jurnalalrından birinə verdiyi müsahibədə işlətdiyi bu ifadələr zərif cinsin nümayəndələri arasında böyük narazılığa səbəb olmuşdu. O müsahibəsində belə demişdi: "Aybaşı dönəmində qadınlar özlərini normal aparmırlar. Bu dövrdə onlara vacib iş tapşırmaq olmaz, məsələn, müharibəyə başlamaq olar, yoxsa yox".

Meriyaya keçirilən seçkilərdən bir müddət öncə "Tvitter"də Masudzoenin seçki kampaniyasının əleyhinə qadınlar kampaniya elan etmişdilər, onlar Masudzoeyə səs verən kişilərlə cinsi münasibətə girməyəcəklərini bəyan edirdilər. Aksiyaya qısa müddət ərzində minlərlə qadın qoşulub. Aksiyanın anonim təşkilatçıları belə yazmışdılar: "Qadınların ünvanına təhqiramiz ifadələr işlədən Masudzoenin seçilməsinin əleyhinə çıxırıq". 

On minlərlə qadının qoşulduğu başqa bir kampaniyanın təşkilatçıları isə belə bəyan ediblər: "Masudzoe qadınların düşmənidir. O, Yaponiyanı sevmir, özünü sevir". 

Ancaq bütün bu aksiyalar Masudzoenin seçkilərdə qalib gəlməsini əngəlləyə bilməyib. Masudzoe Tokionu dünyanın bir nömrəli şəhəri edəcəyinə söz verib. Yaponiyanın baş naziri Sidzo Abe də yeni meri təbrik edib. 

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM