Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fikir ayrılığına səbəb prezident Əşrəf Qəni Əhmədzayın Mərkəzi Bankın rəhbəri vəzifəsinə ikili vətəndaşlığı olan Xəlil Sedikin namizədliyinin irəli sürülməsi olub.
Parlamentarların bəziləri onun iclasda iştirakının əleryhinə çıxıblar. Söz mübahisəsi davaya keçəndə Aşağı Palatanın spikeri Abdul Raub İbrahimi namizəddən və davanın ən fəal iki iştirakçısından parlamentin zalını tərk etməıyi xahiş edib. Buna qədər isə əlavə mühafizə qüvvələri çağırılıb. İkili vətənaşlığı olan şəxslərin nazir vəzifələrinə namizədliklərinin təsdiqlənməsindən imtina parlamentin birgə komissiyasında qəbul edilib və müvafiq qətnamə parlamentin bu həftəki iclasında təsdiqlənib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !