"Qadınlığın simvolu" vəfat etdi - VİDEO

12:53 | 12.01.2015

"Qadınlığın simvolu" vəfat etdi - VİDEO

Federiko Fellinin ulduzlarında daha biri söndü.

Dünyaca tanınmış məşhur rejissor Federiko Felllinin "La Dolce Vita" ("Şirin həyat") filmi ilə populyarlıq qazanan və gözəlliyi ilə tamaşaçıları ovsunlayan, "qadınlığın simvolu"na çevrilən aktrisa Anita Ekberq 83 yaşında vəfat edib.

ANN.Az xəbər verir ki, əsl adı Kerstin Anita Marianna Ekberq 1931-ci ildə İsveçin Malmö şəhərində anadan olub. 1950-cı ildə İsveç Gözəllik Kraliçası seçilən Ekberq Dünya Gözəllik Müsabiqəsinə qatılmaq üçün ABŞ gedir və burada o, ilk filminə təklif alır.

1959-cu ildə o, "Sarı Fırtına" adlı filmindəki rolu ilə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Daha sonra Anita Ekberg məşhur rejissor Federiko Fellinin diqqətini cəlb edir və onun filmlərinə çəkilməyə başlayır. 1960-cı ildə çəkilən "Şirin həyat" filmindəki baş rolu ilə o, dünya səviyyəsində tanınır.

ANN.Az
 
 
 
 
 
 






 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM