Qafqaz Müsəlmanları İdarəsi xüsusi qrup yaratdı

17:09 | 22.11.2013
Qafqaz Müsəlmanları İdarəsi xüsusi qrup yaratdı

Qafqaz Müsəlmanları İdarəsi xüsusi qrup yaratdı

Azərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birgə Çar Rusiyası və İran şahı arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra Azərbaycanla bağlı əsas arxiv materiallarının toplandığı Tiflis və Sankt-Peterburq arxivlərini araşdırmaq üçün xüsusi qrup yaradıb.APA-nın məlumatına görə, bu barədə QMİ-də keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. Bu qrupların Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən yaradıldığını deyən M.Qurbanlı Azərbaycan dövləti tərəfindən prosesə dəstək verildiyini bildirib. M.Qurbanlı bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin də xüsusi göstərişi olduğunu bildirib. Şeyx isə qeyd edib ki, Azərbaycanın İslam tarixi ilə bağlı araşdırma aparması üçün yaratdığı xüsusi qrup hazırda Tiflisdə işləyir: “Bundan başqa, Moskva və Sankt-Peterburqda da işlər gedəcək. Çünki Türkmənçay müqaviləsindən sonra Azərbaycanla bağlı əsas materiallar bu arxivlərdə toplanıb”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb