"Qafqaz Qartalı - 2024" təlimi davam edir - VİDEO

20:11 | 06.06.2024

"Qafqaz Qartalı - 2024" təlimi davam edir - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən "Qafqaz Qartalı-2024” birgə təlimi davam edir.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər.

Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM