Füzulinin tikinti-quruculuq işlərinə 75 milyona yaxın (74.9 milyon manat) vəsait xərclənib. Bu işlərə Füzulidə inşa edilən Füzuli Beynəlxalq Hava Limanı da şamil edilir.
Azərbaycanın Hava Yollarının (AZAL) prezidentinin köməkçisi Paşa Kəsəmənskinin anews.az-a verdiyi açıqlamasına görə, hazırda Füzulidəki beynəlxalq hava limanında bir sıra işlər yerinə yetirilib.
Məlumata
görə, istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr,
eni 60 metr ölçüdə uçuş-enmə zolağı istismara verilib.
Avtomatlaşdırılmış
sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi
başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA
standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli Beynəlxalq Hava Limanında uçuşların aeronaviqasiya təminatı üçün müasir radiotexniki avadanlıqlarının, uçuşların təmin edilməsi üçün instrumental enmə sistemlərinin çatdırılması və tətbiqi həyata keçirilib. Radiotexniki sistemlərinin məlumatları üzrə dövrəvi uçuşbaş tutub.Aeronaviqasiya sisteminin və azad edilmiş ərazilər üzərində uçuşların tam nəzarətini təmin etmək üçün yeni beynəlxalq hava marşrutları tətbiq edilir”,-deyə qurumun rəsmisi əlavə edib.
Bildirilib ki, 60 min kvadrat metr sahəsi olan perron tikilib. Gələcək aerovağzal kompleksini elektrik enerjisi ilə təmin etmək üçün əsas transformator yarımstansiyasının (10 kVt) tikintisi və elektrik xətlərinin çəkilməsi yekunlaşıb. Sərnişin terminalı qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq artıq hazırdır. Fasiləsiz su təminatı məqsədilə artezian quyusunun qazılması, həmçinin su rezervuarlarının tikintisi üzrə işlər bitib. Bundan əlavə, qazanxana və köməkçi binaların tikintisi də başa çatıb.
P.Kəsəmənski deyib ki, hava limanında baqaj konveyerlərinin, qeydiyyat sisteminin işə salınması nəzərə alınmaqla, sentyabrın sonuna qədər sərnişin terminalının istismara verilməsi ilə bağlı işlərin yekunlaşdırılması planlaşdırılır. Hazırda isə Füzulidə beynəlxalq hava limanına giriş üçün yolun tikintisi, həmçinin hava limanı ərazisində yaşıllaşdırma işləri aparılır.
Füzuli Beynəlxalq Hava Limanı Qafqazda dağıdıcılıq deyil,quruculuq gücünə malik ola bilər. Bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri müavini, siyasi elmlər fəlsəfə doktoru Nazim Cəfərsoy anews.az-a verdiyi müsahibəsində deyib.
Onun
sözlərinə görə, Füzuli hava limanı Azərbaycanda, eləcə də Qafqaz regionunda
istər hərbi, istər siyasi, istərsə də iqtisadi nöqteyi nəzərdən vacib rol
oynayır:
"Ermənilərlə
30 illik müharibə göstərdi ki, Qarabağ regionunda ciddi hərbi təhlükə var.. Hərbi
təhlükəsizliyinin təmin edilməsi istiqamətində müxtəlif addımlar
atılmalıdır. Buna hərbi hissələrinin qurulması,
hərbi qoşunların yerləşdirilməsi addımları ilə yanaşı müharibə dövründə ehtiyac
olduğu təqdirdə ordunun,texnikaların
sürətli daşınma-çatdırılma prosesi də aiddir. Özəlliklə, modern müharibə
dövründən bu məsələlərdə hava nəqliyyatı və hava limanı çox stratejik
əhəmiyyətə malikdir.
Füzuli Azərbaycanın ikinci böyük ərazisidir ki, qonşu İranla həmsərhəd regionda yerləşir. Sözsüz ki, gələcəkdə başda İran olmaqla, mərkəzi münasibətlərin təmin edilməsi baxımından Füzulinin stratejik əhəmiyyəti artacaq”,-deyə siyasi şərhçi bildirib.
Cəfərsoy
düşünür ki, Füzuli Beynəlxalq Hava Limanının açılması istər ermənilərin,
istərsə də Rusiya sülhməramlılarının "Xocalı hava limanını açaq” bəhanəsini
yoxa çıxaracaq:
Füzuli
Beynəlxalq Hava limanının tikintisinə 2021-ci ilin fevralında başlanılıb. Aeroportun binasının tikintisi zamanı Avropa və ABŞ istehsalı olan
materiallardan istifadə edilib.
Hava limanının eniş zolağının
tikintisi "Azvirt MMC”,
binanın içinin təmiri, tamamlandırma işləri "AED”, fasat ( bəzək) işləri "FF
Group”, işıqlandırma, kanalizasiya, təchizat "Deskyapı2, damın montajı "Konikürə”,
qüllənin tikintisi təmiri "Proqress” şirkəti tərəfindən həyata
keçirilib.
Bu,
Şuşaya hazırda ən yaxın hava limanı olacaq. Yeni yol tikintisi bitəndən sonra
Füzulidən həmin yolla Şuşaya 1 saata getmək mümkün olacaq. Füzulidən Şuşaya yeni
yolla məsafə 80 kilometr təşkil edəcək.
Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna kimi tam həcmdə işə salınacaq.
Sözügedən
hava limanından başqa işğaldan azad edilmiş Zəngilan və Laçında da hava
limanlarının tikinti işləri davam edir. Dövlət Statistikasının 2021-ci ilin ilk 6 ayı üçün
məlumatına baxsaq, Zəngilanın ümumi tikinti-quruculuq işlərinə 69.6 milyon manat, Laçına
isə 18.5 milyon manat vəsait xərclənib.
Samirə Əli
6.3.7. İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Bizi sosial şəbəkələrdə izləyin !