ABŞ-ın Enerji Departamenti Qafqazın və Mərkəzi Asiyanın seysmik xəritərlərinin hazırlanmasına, seysmik monitorinqinin aparılmasına maliyyə yardımı göstərir.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Enerji Departamentinin proqram rəhbəri Vilyam Vanderer "Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim” adlı Beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, departamentin məqsədi alınan məlumatlar əsasında yeni ehtiyacları müəyyən edərək yeni layihələrə başlamaqdır. Bu layihələrin məqsədi isə riskləri müəyyən etmək, əlavə stansiyaların və seysmoqrafların quraşdırılmasını, eyni zamanda alınan məlumatların dəqiqliyini təmin etməkdir: "Bizim diqqət yetirdiyimiz əsas məsələlərdən biri də regional əməkdaşlığın təşviqidir. Biz eyni zamanda, seysmoloji xidmətlər üzrə digər sahələrdə də əməkdaşlığa hazırıq. Çalışrıq ki, bu sahədə yeni həll yollarını tapaq, yeni yanaşmaların tətbiqinə nail olaq. Biz gələcəkdə də məlumatların toplanmasına, regional əməkdaşlığın qurulmasına öz dəstəyimizi verməyə davam edəcəyik”.
V.Vanderer qeyd edib ki, milli seysmik mərkəzlər beynəlxalq əməkdaşlıq etmədən ciddi inkişafa nail ola bilməzlər:
"Hər bir ölkənin qarşısında eyni təhlükələr dayanır. Gələcək təhlükələrə hazırlıq potensial təhlükələrin öyrənilməsi, məlumatların işlənməsi, gələcəkdə bu məlumatların həmin yerlərdə tikinti, infrastruktur işlərininin aparılması zamanı nəzərə alınmasıdır. Bunun üçün ən böyük dəstəklərimizdən biri Azərbaycana lazımi avadanlıqların gətirilməsi, işlədilməsidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !