“Qalatasaray”-da yeni baş məşqçisi Çezare Prandelli tərəfindən heyətdən kənarlaşdırılan futbolçuların sayı 10-a çatıb. Lent.az-ın məlumatına görə, italiyalı baş məşqçi Engin Baytar, Endoğan Adili, Dani Nunkeu və Kaan Baysalı da təlim-məşq toplanışına aparmamaq qərarına gəlib.
*****
15:29
“Qalatasaray”ın yeni baş məşqçisi Cezare Prandelli komandanın bəzi futbolçularını təlim-məşq toplanışına aparmamaq qərarına gəlib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, həmin futbolçulardan 4-ü yerli, 2-si isə əcnəbilərdir.
Komandanın heyətindən kənarlaşdırılan oyunçular bunlardır: Gökan Zan, Sabri Sarıoğlu, Yiğit Gökoğlan, Sərcan Yıldırım, Lukas Ontiveyro və Emanuel Ebue.
Yuxarıda qeyd edilən futbolçuların taleyinə yaxın günlərdə aydınlıq gətiriləcək.
ANN.Az