"Qalatasaray" Azərbaycanlı milyarderlə saziş imzaladı

17:27 | 18.12.2014

"Qalatasaray" Azərbaycanlı milyarderlə saziş imzaladı

Türkiyənin "Qalatasaray" klubu "LUKoil" şirkəti ilə saziş imzalayıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əldə olunan razılığa əsasən, "Qalatasaray" azerkeşləri "LUKoil" yanacaq doldurma məntəqələrindən güzəştli qiymətə yanacaq alacaqlar. Bu endirimlərdən yaranmaq istəyən sürücülər "GSLUKoilcard" istifadə etməlidirlər.

Türkiyədə 400-dən çox YDM-də istifadə edilə bilən kart "Qalatasaray" azerkeşi olan sürücülərə münasib qiymətə benzin almağa imkan verir.

Qeyd edək ki, Rusiyanın "LUKoil” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur. Şirkət bu ilin 9 ayı ərzində 5,7 milyard dollar təmiz gəlir əldə edib. "LUKoil” bir gündə 2,3 milyon barrel neft hasil edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti