"Qalatasaray" Bakıya yollandı

23:00 | 16.09.2020
Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç üçün Bakıya yola düşüb.
 
"Report"un məlumatına görə, İstanbul təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb. Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub.
 
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti