"Qalatasaray" legioneri ilə müqaviləni ləğv etdi

23:30 | 10.03.2021
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yunes Belhanda ilə yollarını ayırıb.

Bu barədə Qalatasaray klubunun rəsmi saytında məlumat paylaşılıb.
 
32 yaşlı yarımmüdafiəçinin sözləşməsi tək tərəfli ləğv edilib.

"Sarı-qırmızılar" Belhandanın klubun imicinə xələl gətirən açıqlamalar verdiyini bildirib. Klub sözləşmənin haqlı səbəbdən ləğv olunduğunu vurğulayıb.
Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən "Qalatasaray"da çıxış edib. O, iki dəfə Türkiyə Super Liqasının qalibi olub. Futbolçunun müqaviləsi yayda başa çatmalı idi.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM