Türkiyə Futbol Federasiyası Professional Futbol nizam -intizam komitəsi əsas həftəlik toplantısını keçirib.ANS PRESS-in xəbərinə görə, Türkiyə Super Liqası oyunları çərçivəsində aprelin 6-da keçirilən "Qalatasaray" - "Fənərbaxça" derbisində azarkeşlərin qeyri-etik ifadələr səsləndirmələri səbəbilə TFF Professional Futbol nizam -intizam komitəsi tərəfindən cəzalandırılıb.Verilən cəzaya əsasən, "Qalatasaray"a 1 rəsmi yarışı öz meydanında azarkeşsiz oynamaq və 100 min TL (37 240 AZN) cərimə kəsilib. "Fənərbaxça" isə "Qalatasaray" matçında komanda halında idmana zidd hərəkət səbəbiylə 15 min TL (5 580 AZN) cərimə olunub.Türkiyə Futbol Federasiyası Peşəkar Futbol nizam -intizam komitəsinin başqanı Xalid Fəxri Gültəkin tərəfindən verilən qərarda intizam qaydalarını pozmuş digər klublar da cəzalandırılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !