“Qalatasaray”da dava düşdü

15:09 | 19.11.2013
“Qalatasaray”da dava düşdü

“Qalatasaray”da dava düşdü

"Qalatasaray"ın futbolçuları Burak Yılmazla Albert Riera arasında insident yaşanıb.Qol.Az-ın "Haberturk" qəzetinə istinadən verdiyi məlumata görə, "Cim-bom"un Türkiyə superliqasında "Fənərbaxça" ilə keçirdiyi matçdan bir gün öncə - noyabrın 10-da iki oyunçu arasında mübahisə düşüb. Futbolçular əvvəlcə bir-birinə sərt ifadələr səsləndirib. Sonra mübahisə daha da böyüyüb və dava həddinə çatıb. Komandanın digər futbolçularının müdaxiləsi ilə hadisənin daha da böyüməsinin qarşısı alınıb.Qeyd edək ki, 2012-ci ildə A.Riera komanda yoldaşı Melo ilə dava etmişdi. Həmin vaxt aldığı zərbədən gözünün altı qaralmışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM