"Qalatasaray"ın sabiq prezidenti reanimasiyaya yerləşdirildi

15:15 | 02.09.2021

"Qalatasaray"ın sabiq prezidenti reanimasiyaya yerləşdirildi

Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Mustafa Cengizin səhhəti yenidən pisləşib.

Anews.az "NTV Spor"a istinadən xəbər verir ki, bu səhər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan funksioner reanimasiyaya yerləşdirilib.
Oğlu Serdar Cengiz qarşıdakı 72 saatın atası üçün kritik keçəcəyini bildirib.

Beynində şiş aşkarlanan Mustafa Cengiz daha əvvəl bir neçə dəfə əməliyyat olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM