“Qalatasaray”ın rəqibi bəlli oldu - Çempionlar Liqası

16:02 | 16.12.2013
“Qalatasaray”ın rəqibi bəlli oldu - Çempionlar Liqası

“Qalatasaray”ın rəqibi bəlli oldu - Çempionlar Liqası

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mərkəzi qərargahında Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilib.APA-nın xəbərinə görə, Türkiyə təmsilçisi “Qalatasaray”ın rəqibi İngiltərənin “Çelsi” komandası olub. Digər qarşılaşmalar aşağıdakı kimidir: “Mançester Siti” – “Barselona”“Olimpiakos” – “Mançester Yunayted”“Milan” – “Atletiko” (Madrid)“Bayer” (Leverkuzen) – “Pari Sen Jermen”“Qalatasaray” – “Çelsi”“Şalke” – “Real” (Madrid)“Zenit” – “Borussiya” (Dortmund)“Arsenal” – “Bavariya”. İlk matçlar 2014-cü ilin 18-19 və 25-26 fevral tarixlərində, cavab oyunları isə 11-12 və 18-19 mart tarixlərində oynanacaq.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM