"The Korea Times” portalı yazır ki, "LG” şirkəti orqanik işıq diodları ("OLED”) texnologiyası ilə hazırlanmış ekrana malik çox nazik 55 düymlük televizor prototipini nümayiş etdirib, cihazın qalınlığı 1 mm-dən azdır.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru” saytına istinadən bildirir ki, qurğu Seulda keçirilmiş sənaye sərgisində təqdim edilib. Televizorun çəkisi təxminən 2 kq-dır və maqnit altlığının köməyi ilə divara bərkidilir.
Nümayiş etdirilmiş modelin kütləvi istehsala çıxarılma tarixi açıqlanmayıb.
Orqanik işıq diodları texnologiyası ilə hazırlanmış ekranlar işıqlandırma tələb etmir. Onlar maye kristal ekranlarla müqayisədə daha nazik və yüngüldür, həmçinin daha kontrast və enerji effektivdir, ancaq qiyməti bahadır. İndi "LG” şirkətinin əlçatan olan 55 düymlük "OLED” televizorlarının qalınlığı 4,3 mm təşkil edir.
"LG” şirkəti aparıcı "OLED” ekran istehsalçısıdır. Bu sahədə əsas rəqibi "Samsung” şirkətidir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !