Qalmaqalla yadda qalan lombard sahibi Maqsud Mahmudov girov qoyulmuş pulları götürərək, Azərbaycandan qaçıb.
Artıq üç gündür, insanlar zərgərlik biznesi ilə məşğul olan biznesmenin onları aldatması şikayəti ilə polisə müraciət ediblər. Təkcə Qaradağ rayonundakı polis məntəqəsinə bununla bağlı 70 şikayət daxil olub.
Zərərçəkənlərin dediyinə görə, 2017-ci ildən qızıl əşyalarını Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən lombardda girov qoyublar.
Mədinə İsrafilovanın adına sənədləşən lombardın faktiki sahibi Maqsud Mahmudov olub.
Şikayətlər hələ də davam edir. Hazırda biznesmenin alıcılarına vurduğu mənəvi zərərin dəyəri hesablanır.
Qeyd edək ki, M.Mahmudovun adı keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun hələ MTN-nin başçısı olduğu dövrdə onunla və ona tabe olan adamlarla bağlı fırıldaqçılıqda hallanıb.
Biznesmenin dediklərinə görə, keçmiş MTN əməkdaşları təhdid edərək, Həsən Əliyev küçəsində yerləşən, 650 min dollara aldığı ona məxsus "Oboy evi”ni bir gecədə 120 min dollara satmağını istəyiblər.
Biznesmenin iddiasına görə, 2015-ci ildə 40 kiloqram qızıl, bağ evi, obyekt girov qoyaraq, hazırda fəaliyyət göstərməyən "Texnika Bank”dan 1,5 milyon dollar kredit götürəndən sonra keçmiş təhlükəsizlik əməkdaşları onun yanına gəlib. Razılaşmaya əsasən, Mahmudov krediti 2020-ci ilə qədər ödəməli olub.
Lakin dörd ay keçməmiş bankda biznesmenə deyilib ki, o, kreditini indi bağlamasa, girov qoyduğu bütün var-dövləti əlindən çıxacaq.
"Texnika Bank”ın idarəçiliyində ikinci sima, 15 il müddətinə azadlıqdan məhrum edilən "Beynəlxalq Bank”ın keçmiş başçısı Cahangir Hacıyevin qardaşı oğlu Cəmil Hacıyev olub.
Daha doğrusu, evdən başqa bütün əmlakımı ucuz qiymətə qohumlarına satdılar”, - deyə M.Mahmudov KİV-ə bildirib. Xatırladaq ki, bu barədə Azərbaycanda bütün aparıcı KİV məlumat yayıb.
Bundan əlavə, o, "Azəriqazbank”a qarşı da iddia qaldırıb. Onun dediyinə görə, bu bankdan qızıl girov qoyaraq, kredit götürüb. Öncə zinət əşyalarını qəbul edən zərgərlər qızılları ümumi qaydada yoxlayıblar: komissiya tərəfindən ekspertiza aparılıb, akt tərtib edilib. Daha sonra müəyyən edilib ki, bankın girov olaraq götürdüyü brilyantlar adi qaşla əvəz olunub.
Təbii ki, ölkə başçısının bütün bunlara ehtiyacı yoxdur.
Faktla bağlı istintaq davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !