Neftçala rayon Xolqaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimov işdən çıxarılıb.
Anews.az xəbər verir ki, bununla bağlı Moderator.az-a danışan Ə. Səlimovun sözlərinə görə, o, öz istəyi ilə bu vəzifədən uzaqlaşdırılıb: "Məni heç kim bələdiyyə sədri vəzifəsindən çıxarmayıb. Özüm iki aydır ki, bununla bağlı xahiş edirdim. İki dəfə iclas çağırmışam ki, bələdiyyə üzvləri məni çıxarmaq istəmirdi. Axırda sədr vəzifəsindən çıxmaq üçün çox xahiş etdim.
O deyib ki, bələdiyyədə 38 hektar örüş yeri var, onun 25 hektarı Neftçala su kanalının ərazisinə düşür: Üç hektar yarım şəhid ailəsinə verilib və qalanı da qalıb. Mən 47 ildir ki, bu kənddə işləyirəm. Bu kəndi yaratmışam, tikmişəm. İki məktəb, iki məscid və xəstəxana tikdirmişəm. Yol, bağ, park saldırmışam. Cənab prezident buna görə mənə iki medal verib.
Bəzilərinin əlindən iş gəlməyəndə sözə keçirlər. Dünən iclas çağırdım xahiş etdim ki, səhhətim əl vermir, əsəblərim korlanıb. Yerimi 25 yaşlı ali təhsilli bir gəncimizə vermişəm”.
Xatırladaq ki, kənd sakinləri və V. Nağı keçmiş bələdiyyə sədrinin otlaq sahələrini qanunsuz olaraq icarəyə verdiyini, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində təklif etdiyini iddia edirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !