"Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Əkbərovun arvadı Leyla Əkbərova tanışlarını işə düzəltmək adı ilə onlardan 100 min manatdan çox pul almışdı. Lakin vədinə əməl edə bilməyəndə həmin adamlara saxta sənədlər təqdim etmişdi. Zərərçəkmiş tərəf isə bu işdə Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutan Mahir Əkbərovu ittiham edirdi. Bu məsələ araşdırılmağa başlayandan sonra M.Əkbərov polis orqanlarından xaric edilmişdi, arvadı Leyla Əkbərova isə 2017-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bir neçə ay öncə L.Əkbərova azadlığa çıxıb. Mahir Əkbərov isə dünən şəkər təzyiqinin yüksəlməsi nəticəsində vəfat edib.
M.Əkbərovun digər qardaşı Elçin Əkbərov isə uzun müddət Bakıda cəzaçəkmə müəssisəsi rəisi olub. Daha sonra Almaniyadan sığınacaq alaraq orada yaşayırdı. Ötən ilin sonunda isə mühacir alverinə görə Almaniyada saxlanılması barədə məlumatlar yayılmışdı. E.Əkbərov da qardaşının yasında iştirak edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !