• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Qaluzin sülh müqaviləsindən danışıb

Qaluzin sülh müqaviləsindən danışıb
10.02.2025 14:35
Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində deyib. 

 "Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır. Biz müttəfiqlik münasibətlərində olduğumuz Ermənistan və Azərbaycanın tərəfdarıyıq, uzunmüddətli münasibətlərin stabil tənzimlənməsinə yol açacaq və gələcək nəsillər üçün "mina” qoymayacaq sülh müqaviləsi hazırlamağın tərəfdarıyıq. Tələsik bağlanan istənilən saziş problemlər yarada bilər və Qərb bunu mümkün qədər tez bağlamaq istəyir. Belə tələsik, düşünülməmiş və tamamilə yoxlanılmamış qərarlar uzunmüddətli sabit sülhə gətirib çıxara bilməz, əksinə, gələcəkdə müəyyən qarşıdurma toxumları səpə bilər ki, bu da təbii ki, biz Ermənistan, Azərbaycan, Cənubi Qafqaz və Rusiya üçün son dərəcə arzuolunmaz hesab edirik", - nazir müavini bildirib. 
 
Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin 90%-ni razılaşdırıblar.

Bundan əvvəl Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu sayca 11-ci təkliflər paketidir. 
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ümid edib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. 
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:26
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:16
Faktiki hava açıqlanıb
Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək
Cəmiyyət 08:59
Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:07
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Cəmiyyət 19:06
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Sabah ilin son Ay tutulması olacaq
Cəmiyyət 16:47
Sabah ilin son Ay tutulması olacaq
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Cəmiyyət 14:13
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Cəmiyyət 13:30
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Cəmiyyət 13:10
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol