Bu barədə Səhiyyə Nazirliyinin Ana və uşaq sektorunun məsləhətçisi Aynurə Zeynalova məlumat verib.
O, ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 986 nəfərin dispanser qeydiyyatına alındığını bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu göstərici 2020-ci illə müqayisədə artıqdır: "Həmin ildə qeydiyyata alınanların sayı 20 mindən az olub”.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünya əhalisinin 30 %-i, məktəbəqədər uşaqların isə 40 %-i anemiyadan əziyyət çəkir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !